
Qazaxın Məzəm kəndi erməni həmləsinə sinə gərir
Ermənistan silahlı birləşmələrinin mövqelərinə ən yaxın məsafədə yerləşən Məzəm kəndi qaranlığa qərq olub.
Bir neçə gündür qarşı tərəfin hər işığı yanan evi atəşə tutması kənd sakinlərini daha ehtiyatlı davranmağa vadar edib. Bu səbəbdən də Məzəmdə elektrik lampası yanan evə rast gəlmək mümkün deyil. Kənd sakinləri isə bir yerə yığışaraq daha təhlükəsiz ərazidə səhəri yatmadan qarşılamağa hazırlaşırlar.
Gecəni ara-sıra atəş səslərilə baş vuran Məzəm, günorta saatlarında da sükuta qərq olur. Əhali evlərinə çəkilərək qarşı tərəfin hədəfinə tuş gəlməməyə çalışır.
Məzəm kəndinin demək olar ki, hər yeri qarşı tərəfin mövqelərindən aydın şəkildə görünür. Elə ona görə də Məzəm kəndinə gələn həm piyada yolları, həm də avtomobil yollarına beton lövhələr düzülüb ki, həm avtomobillər, həm də piyadalar hədəfə tüş gəlməsinlər.
Dəlik-deşik edilən dəmir qapılar, güllə izlərindən yararsız hala düşən evlərin dam örtüyü - bu, artıq Məzəmdəki evlərə xas olan bir görüntüdür.
"Kəndi ən çox atəşə tutan erməni mövqeyinin 50 metrliyindəyik. Hazırda durduğumuz bu ərazinin önündə yelrəşən erməni silahlı birləşmələrinə məxsu postun önündəyik. Bu post demək olar ki, Məzəmi ən çox atəşə məruz qoyan postdur.
Bir neçə gün davam edən atışma isə kənddə texniki problemlərin yaranmasına səbəb olub. Mobil operatorlara məxsus teleqüllələr atəşə məruz qaldığından kənd ərazisində mobil şəbəkə normal fəaliyyətini dayandırıb.
Bir sözlə, gərgin günlər yaşamasına baxmayaraq Məzəmdə həyat davam edir. (anspress)
Qaynar.info