Xəbər lenti

“Orban təcrid olunub,  Macarıstana etibar azalır” -
Dünya 15:00 26.10.2023

“Orban təcrid olunub,  Macarıstana etibar azalır” - "The Guardian"

Macarıstanın baş naziri Viktor Orban indi Avropa İttifaqında əvvəlkindən daha çox təcrid olunub və Budapeştin davranışı Aİ daxilində artan narahatlığa səbəb olur.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” adı açıqlanmayan avropalı diplomatlara istinadən yazır.
 
"Bu yaxınlarda Pekində Orbanın Putinlə keçirdiyi görüş və Macarıstanın baş nazirinin Aİ-ni Sovet İttifaqı ilə müqayisə etməsi bu ölkəyə hələ də müttəfiq və tərəfdaş kimi etibar edə biləcəyimiz sualını doğurur”, - Aİ-nin anonim diplomatı deyib. 

Diplomat həmçinin qeyd edib ki, Macarıstanla problemlərin daha da ciddiləşəcəyi və Avropa İttifaqının strateji əhəmiyyətli məsələləri üzrə birgə qərarın qəbul edilməsinə təhlükə yaradacaq. Eyni  zamanda, Aİ-nin ikinci diplomatı hesab edir ki, Macarıstan getdikcə təcrid olunur, çünki İsveçin NATO-ya üzvlüyünün gecikməsi bütün müttəfiqlərin təhlükəsizliyinə mənfi təsir göstərir. Macarıstan  2024-cü ilin ikinci yarısında Aİ Şurasına sədrlik edəcək və bu, artıq Brüsselin narahatlığına səbəb olur. Bəzi Avropa rəsmiləri hesab edir ki, təcrid  Macarıstanın baş nazirinin davranışını dəyişməyəcək. Onlar həmçinin ehtimal edirlər ki,  Slovakiyanın yeni baş naziri Robert Fitso Aİ-nin bəzi mübahisəli siyasi məsələlərində Orbanın müttəfiqi ola bilər. Bununla belə, Macarıstan başa düşür ki,  ölkə daha da təcrid oluna bilər. "Gələcəklə bağlı bir çox qeyri-müəyyənlik var. Amma bir məsələdən əmin  olmaq olar ki, gələcəkdə təcrid olunmaq riski daha  böyük olacaq”, - deyə adının açıqlanmasını  istəməyən Macarıstan rəsmisi bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->