Xəbər lenti

Orbanın partiyası parlamentə Ukrayna-Aİ danışıqlarına qarşı qətnamə təqdim etdi
Dünya 15:20 06.12.2023

Orbanın partiyası parlamentə Ukrayna-Aİ danışıqlarına qarşı qətnamə təqdim etdi

Macarıstanın hakim partiyası parlamentə hökuməti Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləməməyə çağıran qətnamə təqdim edib.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Bu addımlar baş nazir Viktor Orbanın gələn həftə keçiriləcək mühüm Aİ sammiti ərəfəsində Brüsselə təzyiqi artırması fonunda atılıb. Onun hakim Fides Partiyasından bildirilib ki, Ukraynanın üzvlük danışıqlarının başlaması üzv dövlətlər arasında konsensusa əsaslanmalıdır və bu gün bunun üçün heç bir şərait yoxdur.

Qeyd edək ki, noyabr ayında Avropa Komissiyası Ukraynanın və bir sıra digər ölkələrin Avropa İttifaqına üzv olmaq yolunda irəliləyişinə dair hesabat yayıb. Sənəddə Ukrayna və Moldovanın üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb. 

Belə bir qərar üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı lazımdır. Bu məsələ dekabrın 14-15-də ittifaqa daxil olan ölkələrin liderlərinin sammitində müzakirə olunacaq.

Macarıstan artıq açıq şəkildə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına qarşı çıxıb. Xüsusilə, Macarıstanın baş naziri Viktor Orban Aİ rəsmilərini danışıqlar məsələsini sammitə çıxarmamağa inandırmağa çalışır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->