Xəbər lenti

Orta məktəblərdə dərslər saat 7-də başlayacaq? (AÇIQLAMA)
Ölkə 13:21 31.05.2023

Orta məktəblərdə dərslər saat 7-də başlayacaq? (AÇIQLAMA)

"Saat 7:00-da yuxulu halda məktəbə gedən şagird dərs mənimsəyə bilməz”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov təhsil eksperti Kamran Əsədovun yeni tədris ilində dərslərin saat 7:00-da başlaması ilə bağlı verdiyi təklifə münasibət bildirərkən deyib. 

Psixoloqun fikirincə, istəlinən bir sahədə insanların təklif verməsi normaldır:
 
"Bu təklif həm də əsaslandırılmalıdır. Bu əsaslandırma bir istiqamətdə aparıla bilməz. Məsələn, şagird saat 7:00-da məktəbə gedirsə, valideynlər də normal işinə gedə biləcəkmi? Şagird məktəbə tez gedirsə, deməli, bir saat tez dərsdən çıxacaq. Bəs, şagirdin yuxu norması necə olacaq? Saat fərqi ailə sistemində dəyişikliyə səbəb olacaq. Ailələr həmin dəyişikliyə hazırdırmı? Belə təklif Bakı şəhərində keçərli ola bilər. Azərbaycan isə yalnız Bakı şəhərindən ibarət deyil. Bakıda tıxac problemi mövcuddur, rayonlarda isə tıxac yoxdur. Deməli, biz paytaxt üçün ayrı, rayonlar üçün ayrı təklif verməliyik. Bu da doğru deyil”.

Elnur Rüstəmov hesab edir ki, təkliflər verilərkən hər tərəfli analiz olunmalıdır:
 
"Belə qərarlar ciddi müzakirələrdən sonra verilə bilər. Bu təklifin özü  insanların fikirlərini qarışdırır. Uşaq normal yatmayıbsa, dərsi necə qavrayacaq?  Uşaq yuxudan doymayıb, yuxulu vəziyyətdə dərsə gedibsə, heç vaxt dərsi mənimsəyə bilməyəcək. Burada fiziki və psixoloji sağlamlıq da nəzərə alınmalıdır. Bundan əlavə, sosial-psixoloji faktorlar da nəzərə alınmalıdır. Bu gün bu məsələ aktual deyil”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->