Dünya 21:43 27.01.2023

Pakistan aprel ayında Rusiyadan neft idxal etməyi planlaşdırır

Pakistan və Rusiya İslamabada daha ucuz neft satmaq üçün dollardan başqa valyutadan istifadə də daxil olmaqla, sazişin bütün kommersiya şərtlərini yekunlaşdıracaq. Aprel ayına qədər Rusiya Federasiyası tədarüklərə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Pakistanın neft naziri Müsəddiq Malik yerli "The News” nəşrinə bildirib.

"Mart ayında Rusiya ilə müqavilənin bütün kommersiya şərtləri yekunlaşacaq, bundan sonra Pakistana ucuz neft axmağa başlayacaq. Bu, hər iki ölkə üçün faydalı olacaq", - Malik deyib.

Rusiya ilə razılığa əsasən, Pakistan da mayeləşdirilmiş təbii qazın (LNG), boru kəməri qazının və digər neft məhsullarının idxalı da daxil olmaqla, bu ilin sonunadək həyata keçiriləcək enerji təhlükəsizliyi üzrə kompleks planın hazırlanması üzərində işlərə başlayıb.

Nazir bildirib ki, hələlik Rusiya firmalarının Pakistana ixrac etmək üçün qazı yoxdur, lakin növbəti qış mövsümündə başqa bir razılaşmaya əsasən, Pakistan Rusiya hökumətinin müəyyən etdiyi iki şirkətdən spot LNG yükləri ala biləcək. 

Alpər