Xəbər lenti

Pakistanlı milyarderdən boşandı, yeni sevgili tapdı
Maqazin 21:27 10.10.2024

Pakistanlı milyarderdən boşandı, yeni sevgili tapdı

Məşhur ukraynalı müğənni Kamaliya şəxsi həyatının təfərrüatlarını bölüşüb. 

Qaynarinfo xəbər verir ki, ifaçı Pakistan əsilli milyarder Məhəmməd Zahurdan boşandıqdan sonra ürəyinin yenidən məşğul olduğunu etiraf edib.

Aktrisa ilk dəfə yeni münasibətlərindən danışıb. Onun sözlərinə görə, indi aşiq olub və bu hiss onun daha çox həvəsləndirir. Ulduz sevdiyi şəxslə mümkün qədər çox vaxt keçirmək və onun üçün xoş şeylər etmək istədiyini bildirib.

"Belə bir ilham gəlir, sən də parlayırsan. Parıldayırsan, bu insanı daim görmək istəyirsən, onun üçün nəsə etmək, vaxt keçirmək istəyirsən", deyə müğənni qeyd edib.

Amma o, sevgilisinin kimliyi və münasibətlərinin təfərrüatlarını açıqlamayıb. Hələlik o, bunun ciddi uzunmüddətli bir əlaqəyə çevrilib-keçməyəcəyini bilmir. Sənətçi əmindir ki, münasibətlər zamanın sınağından keçməlidir: "Əvvəlcə hamı aşiq olur. Sevgi iki-üç illik münasibətdən sonra bilinir".



Qeyd edək ki, Kamaiya milyarder Zahurla 20 ildən artıq evli olub. Cütlüyün iki qızı var - Arabella və Mirabella. Onlar 2023-cü ildə cütlük səbəb göstərmədən boşandıqlarını elan ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->