Xəbər lenti

Paris-2024: Olimpiadasında ilk dünya rekordu
İdman 15:59 25.07.2024

Paris-2024: Olimpiadasında ilk dünya rekordu

Cənubi Koreyalı Lim Hee Se Parisdə keçirilən Yay Olimpiya Oyunlarının oxatma yarışlarında dünya rekordu qırıb.

Qaynarinfo xəbər verir ki, təsnifat mərhələsində idmançı mümkün 720 xaldan 694 xal toplaya bilib. Əvvəlki dünya rekordu 2019-cu ildə əldə edilmişdi və 692 bal olmuşdu. Rekordun müəllifi başqa bir koreyalı qadın - Kanq Çae Yonq idi.

Lim Hee Se komandalı oxatma üzrə hazırkı dünya çempionudur və onun 21 yaşı var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->