Xəbər lenti

Parlament qətnamə qəbul etdi: Gündə ən azı bir dəfə gülün!
Dünya 19:01 12.07.2024

Parlament qətnamə qəbul etdi: Gündə ən azı bir dəfə gülün!

Yaponiyanın Yamaqata prefektural parlamenti sakinləri sağlamlığı yaxşılaşdırmaq və ürək-damar xəstəliklərindən qorumaq üçün gündə ən azı bir dəfə gülməyə çağıran qətnamə qəbul edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Asahi Shimbu" məlumat yayıb.

Bu təşəbbüs Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb. Deputatlar tərəfindən hazırlanan layihədə prefektura sakinləri fiziki sağlamlığı yaxşılaşdırmaq və psixoloji dayanıqlığı artırmaq üçün gündə ən azı bir dəfə gülməyi tapşırır. Bundan əlavə, qətnamə müəllifləri işəgötürənləri iş yerində gülüş üçün əlverişli atmosfer yaratmağa çağırıblar.

Qeyd edilir ki, belə bir proqramın hazırlanmasına motivasiya 2019-cu ildə "Journal of Epidemiology" jurnalında dərc olunan Yamaqata Universitetinin Tibb Fakültəsi alimlərinin araşdırması olub. Burada 40 yaşa qədər 17152 nəfər iştirak edib. Elmi işin nəticələri göstərib ki, tez-tez gülən insanlarda vaxtından əvvəl ölüm riski və ürək-damar xəstəliklərinə tutulma ehtimalı azalır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->