
Bakıda silahlı insident baş verib.
Qaynar.info-nun DİN-ə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, 30 yaşlı Elçin Həşimov münaqişə zəmində “Vinçester” markalı ov tüfəngi ilə 33 yaşlı Fuad Niyazova ayaq nahiyəsindən ağır xəsarət yetirib.
Hadisəni törədən Elçin Həşimov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Qaynar.info