Xəbər lenti

Pentaqon Şimali Koreya ilə zarafat etdi:
Dünya 12:53 29.11.2023

Pentaqon Şimali Koreya ilə zarafat etdi: "İnternetdə Ağ Evin çoxsaylı görüntüləri var"

Pentaqonu təmsil edən general Patrik Rayder Şimali Koreyanın təqdim etdiyi peyk fotolarına cavab verib. O, yumorla vurğulayıb ki, internetdə Pentaqonun və Ağ Evin çoxsaylı görüntüləri var.

Qaynarinfo xəbər verir ki, general brifinq zamanı Şimali Koreyanın peyk buraxması barədə də danışıb, ABŞ-ın hadisədən xəbərdar olduğunu, lakin hazırda əlavə təfərrüatlar verməyi planlaşdırmadığını vurğulayıb.

O, buraxılışın məqsəd və parametrlərini yalnız Şimali Koreyanın bildiyini qeyd edib və əlavə edib ki, ABŞ müttəfiqləri ilə yaxından məsləhətləşməyə davam edəcək və vəziyyəti diqqətlə izləyəcək.

Xatırladaq ki, bir gün əvvəl Şimali Koreya "casus peyki"nin Ağ Evin, Pentaqonun və ABŞ hərbi dəniz bazalarının fotoşəkillərini çəkdiyini açıqlayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->