Xəbər lenti

Pərəstişkarları Yusiflə Annanın yenidən evlənəciyinə ümid edir
Maqazin 23:05 15.09.2024

Pərəstişkarları Yusiflə Annanın yenidən evlənəciyinə ümid edir

Xalq artisti Yusif Eyvazov və keçmiş həyat yoldaşı Anna Netrebko son vaxtlar tez-tez bir araya gəlir.

Axşam.az xəbər verir ki, bu ilin iyununda 10 illik evliliyinə son qoyan opera ifaçıları bu yaxınlarda Madriddəki "Teatro Real"da keçirilən birgə tamaşalarla pərəstişkarlarını sevindirib.

Son tamaşada onların bir araya gəlməsi pərəstişkarlarına ümid verib. Sosial şəbəkə istifadəçiləri onların yenidən bir araya gələcəklərini müzakirə ediblər. 

"Nə gözəl cütlükdür. Yenə də qovuşmağa ümid edirsən", "Bəlkə yenidən qovuşa bilərsən? Sevgi yaşayır...", "Bəzi evlilikdə olanların münasibətləri bu cüt keçmişdən də pisdir. Siz gözəlsiniz!", "Nə də ahəngdar cütlüksünüz. İnanıram ki, tezliklə qovuşacaqsınız. Bunu sizin və Yusifin gözündən oxumaq olar, o, həmişə sizə pərəstişlə baxır" deyə, fanatlar onlara mesaj yazıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->