Xəbər lenti

Pezeşkian Nyu Yorkda verdiyi qisas vədinə necə əməl edəcək?
Dünya 12:41 24.09.2024

Pezeşkian Nyu Yorkda verdiyi qisas vədinə necə əməl edəcək?

"İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq, İran birbaşa özü deyil, yalnız özünə tabe olan assimetrik oyunçular vasitəsilə hansısa bir intiqam əməliyyatı həyata keçirə bilər”.

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın öldürülən HƏMAS lideri İsmayıl Haniyənin intiqamını alacaqları barədə Nyu Yorkda səsləndirdiyi fikri şərh edərkən deyib: 
 


"HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyənin intiqamını alacağına dair Məsud Pezeşkianın açıqlaması əslində heç də Tehranın İsrailə qarşı birbaşa hərbi müdaxiləyə əl atacağı anlamına gəlmir. Bu mümkünsüzdür. Amma bölgədə İranla ciddi əməkdaşlığı, yaxınlığı olan, onunla birlikdə uzun illərdir fəaliyyət göstərən assimetrik oyunçular var. HƏMAS, "Hizbullah” qruplaşması, Husilər həmin assimetrik oyunçulardandır. Böyük ehtimalla İran məhz bu assimetrik oyunçular vasitəsilə hansısa bir intiqam əməliyyatı həyata keçirə bilər. Amma şəxsən İran dövlətinin özü prosesdə birbaşa iştirakçı olmayacaq. İran ola bilsin, bir müddətdən sonra fürsət düşən kimi proksi qüvvələri vasitəsilə Haniyənin intiqamını almaq istiqamətində hərəkətə keçəcək”. 

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Nyu Yorkda jurnalistlərə açıqlamasında Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini cavabsız qoymayacaqlarını bildirib. Pezeşkianın sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu ilin iyulun 31-də Tehranda qaldığı oteldə öldürülüb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->