İdman 12:54 23.12.2022

PFL Premyer Liqa oyunlarının yayımı üçün bu şirkətlə danışıqlara başladı

Peşəkar Futbol Liqası ilə beynəlxalq internet yayım şirkəti "Insports.tv” arasında danışıqlara start verilib.
 
Qaynarinfo qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən test məqsədilə Misli Premyer Liqasının 18-ci turunun bütün oyunlarının internet üzərindən yayımı yalnız "insports.tv” saytı və tətbiqində mümkün olacaq. 
 
Səbuhi Həsənov