Xəbər lenti

Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Ölkə 09:50 17.06.2026

Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

--> -->