İdman 16:14 29.11.2022

Premyer Liqa: "Sabah" qələbə qazandı, "Qarabağ"la xal fərqini azaltdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 80-ci dəqiqədə Aleksey Kaşuk vurub.

Xallarının sayını 38-ə çatdıran "Sabah" lider "Qarabağ"la xal fərqini üçə endirib. Tovuz təmsilçisi isə 16 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Qəbələ" ilə üz-üzə gələcək. Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.