Xəbər lenti

Premyer Liqada mövsüm bitdi:
İdman 21:44 25.05.2025

Premyer Liqada mövsüm bitdi: "Zirə" son oyunda sevindi

Misli Premyer Liqasında 2024/25 mövsümünün son matçında "Zirə” "Araz-Naxçıvan”ı məğlub edib.

Qaynarinfo xəbər verir ki, "Liv Bona Dea Arena”da baş tuan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Matçın yeganə qolunu 58-ci dəqiqədə Junior Martins rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 74-ə yüksəldən "Zirə” mövsümü ikinci pillədə başa vurub. "Araz-Naxçıvan” isə 58 xalla üçüncü olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ", "Şamaxı"nı (1:0), "Sabah” "Neftçi”ni (1:0), "Turan Tovuz” isə "Kəpəz”i (4:0) məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->