Xəbər lenti

Prezident Cavid Qurbanovu işdən çıxartdı, yeni vəzifəyə təyin etdi
Ölkə 20:45 24.05.2022

Prezident Cavid Qurbanovu işdən çıxartdı, yeni vəzifəyə təyin etdi

Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->