Siyasət 15:21 18.12.2023

Putin dekabrda MDB ölkələrinin başçıları ilə görüşməyi gözləyir

Rusiya prezidenti Vladimir Putin dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin başçıları ilə görüşməyi gözləyir. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə Kremlin mətbuat xidmətinin "Telegram" kanalında yayımladığı MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına videomüraciətində bildirib.

"Çox yaxında - dekabrın sonunda Ali Avrasiya İqtisadi Şurasının iclasında və Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşündə görüşməyi gözlədiyim dövlətlərinizin rəhbərlərinə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edərdim", deyə Putin bildirib.

Dövlət başçısı Qazaxıstanın baş nazirini də ad günü münasibətilə təbrik edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva Azərbaycan prezidenti İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitinə gəlişinə ümid edir. Tədbir dekabrın 26-da baş tutacaq.

Dekabrın əvvəlində Vladimir Putin qeyd edib ki, o, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə dekabrda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa gəlmək, həmçinin MDB liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə iclasda iştirak etmək dəvətini çatdırıb. 

Aydın