Xəbər lenti

Putin NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Qərbi “faciəli nəticələrlə” hədələdi
Dünya 14:38 29.02.2024

Putin NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Qərbi “faciəli nəticələrlə” hədələdi

Vladimir Putin Fransa prezidenti Emmanuel Makronun sözlərinə əməl edib, Ukraynaya ordusunu göndərməyə cəsarət edəcək ölkələri "faciəli nəticələrlə” hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Putin fevralın 29-da Federal Məclisdə çıxışı zamanı deyib.

"Qərb deyir ki, Rusiya guya Avropaya hücum edəcək, bu, bir növ cəfəngiyyatdır... Onlar NATO hərbi kontingentlərinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə danışmağa başlayıblar, biz onlara vaxtilə öz kontingentini ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırladırıq, lakin indi mümkün müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq. Onlar başa düşməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var.

Onların (Qərb və ABŞ-ın - red.) ağlına gətirdiyi və bütün dünyanı qorxutduğu şey, həqiqətən, nüvə silahının tətbiqi ilə münaqişə deməkdir və deməli, sivilizasiyanın məhvi ilə təhdid edir”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Parisdə keçirdiyi görüşdən sonra bu məsələdə müttəfiqlər arasında konsensus olmadığını vurğulasa da, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verib.

Daha sonra bir sıra Avropa dövlətləri və NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmadıqlarını bəyan ediblər.

Hollandiya Ordusunun Baş Qərargah rəisi, general Onno Eyxelsgeym hesab edir ki, indi Qərb dövlətlərinin qoşunlarının Ukraynaya göndərilməsini müzakirə etməyin mənası yoxdur, lakin müttəfiqlər bütün mümkün variantlara açıq olmalıdırlar.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, NATO qoşunlarının Ukrayna ərazisində peyda olması Alyans ilə Rusiya Federasiyası arasında birbaşa münaqişəyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->