Xəbər lenti

Putin ona heyran olduğunu bildirdi
Dünya 19:51 30.05.2024

Putin ona heyran olduğunu bildirdi

Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdim edilməsi mərasimi zamanı Federasiya Şurasının sədri Valentina Matviyenkoya Rusiya Federasiyasının Əmək Qəhrəmanı nişanını təqdim edib.


"Unikal" xəbər verir ki, Putin deyib ki, "Vətənə sədaqət, cəmiyyətin və Rusiya vətəndaşlarının xeyrinə işləmək” uzun illər Matviyenko üçün "həyatın mənasını təşkil edib”.


Prezident, həmçinin, Matviyenkonun "təcrübəsinə, biliyinə və təşkilatçılıq istedadına” heyran olduğunu bildirib və qeyd edib ki, Federasiya Şurası sədrinin bu keyfiyyətləri "böyük hörmət doğurur”.


"Onun xidmətlərinin tanınması Əmək Qəhrəmanı adının verilməsini zəruri edirdi", - deyə Putin vurğulayıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->