Dünya 15:24 29.11.2023

Putin-Paşinyan görüşü olacaq? - Peskovdan açıqlama

Hazırda Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulmayıb. Lakin bu, dekabrda mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

"Hazırda belə bir görüş yoxdur. Amma bilirsiniz ki, dekabrın sonunda Moskvada tədbir planlaşdırılır. Bu gündəliyi olan bir iş tədbiri olacaq.  Paşinyan gəlsə, danışmaq imkanı yaranacaq", deyə Peskov bildirib.

Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin baş naziri Nikol Paşinyanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburq sammitinə getməyə çağırıb.

Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanın Aİİ-nin rəsmi iclasının keçiriləcəyi Sankt-Peterburqa gəlmək niyyətini açıqlamışdı.

Aydın