Dünya 14:25 21.06.2022

Putinin varisi ondan daha radikal ola bilər: Bəs varis kimdir? - Portnikov

Vladimir Putinin varisi indiki Rusiya diktatorundan daha radikal ola bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri Radio NV-yə müsahibəsində jurnalist, politoloq və publisist Vitali Portnikov deyib.

"Lenindən sonra rejimin liberallaşması olmadı. Lenin qaniçən diktator idi, biz bunu artıq unutmuşuq, çünki ondan sonra daha qanlı Stalin var idi. Rusiya tarixində belə epizodlar çox olub ki, mühafizəkar monarxdan sonra daha mühafizəkar monarx gəlib və onlar onu sadəcə olaraq mühafizəkar kimi unudublar, hətta onu sakitliklə də qəbul ediblər. Putinin varisi nəhayət real müharibə elan edəcək, real səfərbərlik həyata keçirəcək, taktiki nüvə silahlarından istifadə edəcək daha radikal bir şəxs ola bilər. Yəni o, Putinin özünün belə etməkdən qorxduğu hər şeyi edəcək”, Portnikov Radio NV-də deyib.

Jurnalist hesab edir ki, bu, Ukrayna üçün daha pis olan Putinin varisi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev ola bilər.

"Əgər Putin deyil, Medvedyev Rusiyanın prezidenti olsaydı, o zaman fevralın 24-də xüsusi əməliyyat deyil, sadəcə olaraq, idarəetmə mərkəzlərinin məhv edilməsi və müharibə elanı ilə Ukraynanın ən böyük şəhərlərinə kütləvi raket hücumunu görərdik. Bundan sonra təbii ki, Rusiyanın özü üçün hər hansı nəticələr ola bilər. Amma Medvedyev kimi insanlar nəticələri deyil, hücumun miqyasını düşünürlər”, - Portnikov izah edib.

Nizami Bağırov