Xəbər lenti

Foto 15:22 22.05.2024

"Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi" forumu keçirilib

"Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib.

"Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” və Gənclər İnkişaf Naminə İctimai Birliklərinin birgə təşkilatçılığı ilə "Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı forum keçirilib.

Forumda bir sıra millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən sahibkar qadınlar iştirak ediblər.

"Qadınların Sahibkarlıq və İcma İnkişafı” mövzulu panelinin moderatoru "Shokki Mokki” markasının marketinq müdiri Nəzrin Əliyeva olub. Spikerləri isə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin İdarə Heyətinin sədri Zemfira Ağayeva, "Azərbaycan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova, "UAFA” təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva, "Məktəbim” layihəsində çalışan sahibkar qadın Nilufər Hüseynzadə, "Mediabalans” şirkətinin icraçı direktoru Nahid Şərifli olub.

Bu paneldə çıxışçılar ölkəmizin ilk milli uşaq markası olan "Shokki Mokki” brendinin dəstəyi ilə ərsəyə gələn "Məktəbim” layihəsindən bəhs ediblər.

"UAFA” təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva bildirib ki, "Məktəbim" layihəsi 2-6 yaş arasında uşaqların təhsilə qeyri bərabər cəlb olunmasını aradan qaldırmaqla, yanaşı qadınların öz təhsil bizneslərini qurmağına da dəstək olub.

Burada çalışan sahibkar qadın Nilufər Hüseynzadə layihənin bölgələrdə də inklüziv təhsilin inkişafına təkan verdiyini qeyd edib.

"Mediabalans” şirkətinin icraçı direktoru Nahid Şərifli isə sosial media resurslarının sahibkarlığın inkişafında önəmli rolunu qeyd edib.

Qeyd edək ki, hazırda "Məktəbim” layihəsi çərçivəsində 50-yə yaxın məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir. Siz də mağazalardan "Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->