Xəbər lenti

İdman 21:30 05.02.2023

"Qalatasaray" italiyalı ulduzla danışıqlara başladı

Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir ulduzla gücləndirməyə yaxındır.

Qaynarinfo xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, İstanbul nəhəngi "Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolonun transfer edilməsi üçün paytaxt təmsilçisi ilə danışıqlara başlayıb. Mənbə futbolçunun özünün də bu təklifə müsbət yanaşdığını, "canavarlar"ın isə onu icarəyə vermək deyil, satmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, Dzanyolo "Roma"nın prezidentinin qərarı ilə əsas komandanın məşqlərindən uzaqlaşdırılıb. Klub başqanı sözügedən futbolçu bu qış özünün tapmadığı kluba keçmək istəmədiyi üçün bu addımı atıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->