Bu gün Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, lider "Qarabağ" "Sevilya" ilə Avroliqa oyunundan sonra "Zirə"nin qonağı olub. Oyunda 4 qol vurulub və "Qarabağ" 3:1 hesablı qələbə qazanıb.
Hesabı 12-ci dəqiqədə Maqaye Qeye açıb. 41-ci dəqiqədə Xayme Romero fərqi artırıb. 3 dəqiqə sonra "Qarabağ" Anastasios Papazoqlunun avtoqoluna sevinib. 88-ci dəqiqədə isə Xulio Sezar Rodrigez "Zirə"nin təsəlli qolunu vurub. Bu "Qarabağ"ın cari mövsümdə qapısında gördüyü ilk qol olub.
"Qarabağ" bu qələbə ilə xallarını 15-ə çatdıraraq, ən yaxın izləyicisi "Səbail"i 5 xal geridə qoyub. "Zirə" isə 7 xalla 4-cü pillədə qərarlaşıb.
Bu komandalar arasında 17-ci qarşılaşma olub. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 13 dəfə uduzub və cəmi 4 heç-heçə edib. Topların nisbəti isə 7:36-dı.
Qeyd edək ki, turun ilk 3 oyununda "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə yendiyi halda, "Səbail" "Qəbələ" ilə 1:1, "Neftçi" "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib.
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, V tur
23 sentyabr
Zirə - Qarabağ 1:3
Qollar: Xulio Sezar Rodrigez, 88 - Maqaye Qeye, 12. Xayme Romero, 41. Anastasios Papazoqlu, 44 (avtoqol).
Zirə İdman Kompleksinin stadionu.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/vqNt__xPnc8" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
1 |
Qarabağ |
5 |
5 |
0 |
0 |
13:1 |
15 |
|
2 |
Səbail |
5 |
3 |
1 |
1 |
7:6 |
10 |
|
3 |
Keşlə |
5 |
2 |
1 |
2 |
6:3 |
7 |
|
4 |
Zirə |
5 |
2 |
1 |
2 |
5:6 |
7 |
|
5 |
Sumqayıt |
5 |
2 |
0 |
3 |
5:7 |
6 |
|
6 |
Neftçi |
5 |
1 |
2 |
2 |
3:5 |
5 |
|
7 |
Qəbələ |
5 |
1 |
1 |
3 |
2:10 |
4 |
|
8 |
Sabah |
5 |
0 |
2 |
3 |
2:5 |
2 |
|
Bombardirlər |
İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt), Lorenzo Frutos (Keşlə), Mirabdulla Abbasov (Səbail) - 3. |
Şərhlər