İdman 12:04 25.01.2023

"Qarabağ"dan bir milyon manatlıq transfer

"Qarabağ"ın Redon Cicaya görə Albaniyanın "Tirana” klubuna ödədiyi məbləğ açıqlanıb.

Qaynarinfo bu barədə "Transfermarkt”a istinadən xəbər.

Saytın iddiasına görə, "Qarabağ" bu transfer üçün alban klubuna 550 min avro ödəyib. Bu isə hazırkı məzənnə ilə bir milyon manatdan artıqdır.

Qeyd edək ki, Redon Cica peşəkar karyerasına Albaniyanın "Laçi" klubunda başlayıb (2017-2021). 2021-ci ildə "Tirana"ya transfer olunan 25 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 22 oyunda 14 qol vurub və bir məhsuldar ötürmə edib. O, ötən mövsüm "Tirana"nın heytərində Albaniya çempionluğunu və Super Kubokunu qazanıb. "Qarabağ"ın yeni transferi ötən ildən milli komandaya dəvət almağa başlayıb və 2 oyunda meydana çıxıb. 

Onu da qeyd edək ki, Redon Cica "Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

Aydın