UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Hekken” (İsveç) - "Qarabağ” oyununun təyinatları açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, matça Avstriyadan olan hakimlər briqadası təyinat alıb. Qarşılaşmanı Sebastian Qişamer idarə edəcək. Roland Riedel və Santino Şreiner baş hakimin köməkçiləri olacaqlar. Stefan Ebner dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri isə Kristian-Petru Çioirça və Aleksander Harkam olacaq.
Oktyabrın 5-də "Ullevi” stadionunda keçiriləcək "Hekken” - "Qarabağ” görüşünün start fiti saat 23:00-da səsləndiriləcək.
Səbuhi Həsənov
Şərhlər