Xəbər lenti

“Qarabağ”ın rəqibindən yeni rekord
İdman 11:41 24.02.2024

“Qarabağ”ın rəqibindən yeni rekord

Avroliqanın 1/8 final mərhələsi çərçivəsində "Qarabağ”ın rəqibi olan "Bayer” Bundesliqada rekord qırıb.

Qaynarinfo-nun məlumatına görə, yarışın 23-cü turu çərçivəsində "Maynts”la qarşılaşan Leverkuzen təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv bu qələbə ilə məğlubiyyətsiz oyunların sayını 33-ə çatdırıb.

"Qırmızı-qaralar” həmçinin xallarının sayını 61-ə çatdırıb. Komanda ən yaxın izləyicisi "Bavariya”nı 11 xal qabaqlayır.

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->