Xəbər lenti

İdman 15:41 26.09.2023

"Qarabağ"ın rəqibinin sabiq futbolçusu telefonunu oğurlamaq istəyən şəxsi döydü (VİDEO)

Sabiq uruqvaylı futbolçu Dieqo Luqanonun başına maraqlı hadisə gəlib.

Qaynarinfo-nun məlumatına görə, ötən gün Braziliya kubokunun finalında "San Paulo" - "Flamenqo" matçı üçün "Cicero Pompeu de Toledo" stadionuna yollanan keçmiş futbolçunun oyundan sonra mobil telefonu oğurlanıb.

Luqano dərhal müdaxilə edərək telefonunu geri ala bilib. Luqanonun bu hərəkətindən sonra başqa azarkeşlər də işə qarışıb və bir müddət dava düşüb. Daha sonra oğru polisə təhvil verilib.
 

 
"Fənərbağça", PSJ, "Malaqa", "Vest Bromviç" kimi klublarda çıxış etmiş Luqano "Qarabağ"ın bu mövsüm Avroliqanın qrup mərhələsindəki rəqiblərindən biri İsveç klubu "Hakken"də də (2015-ci ildə) forma geyinib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->