Xəbər lenti

“Qarabağ”ın və yığmamızın şansları necədir? - Mütəxəssis rəyi
İdman 14:49 13.10.2022

“Qarabağ”ın və yığmamızın şansları necədir? - Mütəxəssis rəyi

Bu gün "Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində Bakıda "Olimpiakos”la görüşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriiləcək qarşılaşmada "Qarabağ”ın qələbəsinə inam böyükdür. Bunun səbəbi həm də Qurban Qurbanovun komandasının səfərdə göstərdiyi oyun və qazandığı əla nəticədir. Bəs bu dəfə bizi nə gözləyir? 

Həm "Qarabağ”ın, həm də millimizin sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Vaqif Cavadov Qaynarinfo-ya açıqlamasında komandanın şanslarını dəyərləndirib.

"Qarabağ”la bağlı nəsə demək çətindir. Birinci oyunda gördük ki, oynamaq olar və "Qarabağ” çox gözəl çıxış nümayiş etdirdi. Oyundan-oyuna fərq var. Gözləmək, səbr etmək, nə olur-olsun, həmişə komandanın arxasında durmaq lazımdır. Bütün oyunlarda qələbə olmalıdır kimi bir prinsip yoxdur. Hər zaman "Qarabağ”dan qələbə gözləyirik. Amma hər zaman qələbə tələb etmək, psixoloji cəhətdən futbolçuların üzərinə getmək düzgün olmaz. Futbolçular hazır və yaxşı əhval-ruhiyyədə olsa, hər biri özünü oyuna hazırlasa, məncə, "Qarabağ”da problem görməyəcəyik. Oyuna gəlincə, fikrimcə, "Qarabağ”da heç bir dəyişiklik olmayacaq. Oyun necə başlayacaq, "Olimpiakos” hansı şəkildə start verəcək, bundan da çox şey asılıdır. Futbolçuların ilk ötürməsi necə alınacaq, bu amillər futbolda çox böyük rol oynayır. Komandanın öz oyunu var. Həm səfərdə, həm evdə eyni üslubda çıxış edir. Sadəcə, azarkeşlik edib uğurlar arzulamaq lazımdır”.

Veteran futbolçu millinin Avro-2024-un seçmə mərhələsində eyni qrupa düşdüyü Belçika, Avstriya, İsveç və Estoniya haqqında da düşüncələrini bölüşüb:

"Çox çətin qrupdur. Bəziləri deyir ki, oynamaq olar. Əlbəttə, mümkündür. Amma nəsə demək çox çətindir. İsveç, Belçika çox güclüdür. Futbolçu nəslini dəyişiblər. İsveçlə Avstriyada artıq 3-4 ildir gəncləşdirmə prosesinə başlayıblar. Bu qrupda kimin necə olacağını görəcəyik. Vaxtilə Belçikadan, Türkiyə kimi yığmalardan xal almışıq. Onlar favorit idilər. Baxaq görək necə olacaq. İstənilən halda millinin arxasında olmalıyıq. Həm də "Qarabağ”ın futbolçularının durumundan da çox şey asılıdır. Xaricdə oynayan futbolçularımızın durumu necə olacaq? "Qarabağ” hazırda Avropa səviyyəsində oynayır. Həm Bədavi, həm Şeydayev, həm də Bəhlul əsas heyətdə oynayır. Çox yaxşı formadadırlar. Amma bilmək olmaz, bunlar 2-3 aydan sonra əsas heyətdə oynayacaqlarmı? Oynasalar, o zaman yığmadan nəsə gözləmək mümkündür. Çünki Medina, Maksim də qayıdır. Millinin son oyunlarıdakı nəticələr də onların əsas heyətdə oynmasından asılıdır. Eminlə Eddi də öz komandalarında liderdir. Bu aspektlər çox böyük rol oynayır”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->