
“Qarabağ”a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Hədəfləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədikdən sonra doğru yerə gedəcəyimi düşündüm”.
Qaynar.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Çumbinyo deyib.
Braziliyalı futbolçu “Bilirəm ki, “Qarabağ” texnikalı futbol oynayır. Məndən də hər kəsin eyni şeyi gözlədiyini də başa düşürəm. Oyun üslubum “Qarabağ”a uyğun gəlməsəydi, məni komandada görmək istəməzdilər. “Qarabağ”a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
Qaynar.info