Qarajda əzablar içində öldü - Əməkdar artistin faciəvi taleyi (VİDEO)
Əməkdar artist Xanım Qafarova komik planlı aktrisa olmasına baxmayaraq, faciəvi taleyinə görə tamaşaçılar tərəfindən ağrı və kədərlə xatırlanır. Səhnədə və ekranda maraqlı, yaddaqalan obrazlarla görünən aktrisanın enişli-yoxuşlu həyatı məyusluq doğurur.
Qaynarinfo xəbər verir ki, AStar Youtube kanalı mərhum aktrisa ilə bağlı maraqlı reportaj hazırlayıb.
Reportajda tanınmış aktrisaların, həmçinin Xanım Qafarovanın qızı Gövhər Qafarovanın xatirələrinə yer verilib.
"Məndən soruşurdu ki, səncə, mən öləcəm? Anamın ağrılı-acılı günlərində mən uşaq idim, məni həyətdə oynamağa göndərirdilər, amma onun bağırtılarını eşidirdim..." - G.Qafarova deyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər