İdman 15:16 24.01.2023

Qaret Beyl qolf turnirində oynayacağını açıqladı

33 yaşında aktiv futbolçu karyerasını bitirən Qaret Beyl yeni peşəsini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Uels Milli Futbol Komandasının keçmiş kapitanı, peşəkar futboldan ayrıldıqdan cəmi iki həftə sonra "PGA Tour" adlı qolf turnirində oynayacağını açıqlayıb.

Fevralda Kaliforniyada keçiriləcək "AT&T Pebble Beach Pro-Am" qolf turnirində mübarizə aparacağını bildirən 33 yaşlı sabiq futbolçu açıqlamasında "Gələn ayın başlanğıcında "AT&T Pebble Beach Pro-Am"da oynayacağımı elan etməkdən xoşbəxtəm. Gəlin başlayaq" - deyib.

"Sauthempton"un akademiyasında yetişən Beyl 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya "Real"a transfer olunub. Beyl 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olduğu Madrid klubunda uzun müddətli zədələr səbəbindən nizamlı oynaya bilməyib.

Səbuhi Həsənov