Sabirabadda qarpızın topdansatış qiyməti qalxdı.
Bu barədə Qaynarinfo-ya sözügedən rayondan məlumat verilib.
Rayon fermerləri bildiriblər ki, bir neçə gün öncə Sabirabadda qarpızın topdansatış qıyməti 12-15 qəpiyə təklif olunurdusa, bu gün 18-20 qəpik arasında satılır. Rayonda qarpızın pərakəndə satışı 25-30 qəpiyə satılır. Fermerlər bunu hava şəraitinin dəyişməsi ilə əlaqələndirib.
Bahar Rüstəmli
Şərhlər