Xəbər lenti

Qasırğa Daşkəsəni də vurdu
Ölkə08:43 11.06.2014

Qasırğa Daşkəsəni də vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daşkəsən rayonunda güclü qasırğa bir sıra fəsadlar yaradıb.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarında rayon ərazisində dolu və güclü leysan yağışla nəticələnən qasırğa baş verib. 

Qasırğa nəticəsində rayonun Əmirvar, Gurbulaq, Zəylik, Quşçu, Bayan kəndlərində, Daşkəsən, Mədənçilər, Alüminumdağ qəsəbələrində qasırğa fərdi yaşayış evlərinə, elektrik və digər infrastruktura ciddi ziyan vurub. C. Qocayev bildirib ki, rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. 

Hazırda sözügedən ərazilərdə enerji verilişinin bərpası istiqamətində iş aparıldığını bildirən komissiya rəhbəri qeyd edib ki, bəzi kəndlərə gedən yollarda leysan nəticəsində maneələr yaranıb. Həmçinin təbii fəlakət rayonun kənd təsərrüfatına da ciddi ziyan vurub. Meyvə ağaclarının barı yerə tökülüb, bəzi yerlərdə iri və xırda buynuzlu heyvanlar tələf olub. Cavanşir Qocayevin bildirdiyinə görə, hazırda qasırğanın fəsadları aradan qaldırılır, rayona dəyən ziyan müəyyənləşdirilir. 

Qaynar.info