Xəbər lenti

Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı
Ölkə05:16 06.08.2019

Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. 
Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.
Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb. 
Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.