Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən "Qrand Qafqaz" ticarət mərkəzinfə mağazadan külli miqdarda oğurluq edilib.
Qaynarinfo-nun məlumatına görə, oğurluq mərkəzdəki 14 nömrəli mağazada baş verib.
1992-ci ildə Goranboy rayonunda anadan olmuş H.İslam adlı şəxs mağazanın sahibini izləyərək, oğurluq hadisəsini törədib. Belə ki, sahibkar G.N. mağazasından çıxaraq mərkəzin yaxınlığındakı çayxanaya gedib. İslam isə mağazanın qıfılını əlində olan vintaçanla sındırıb və dolabdakı rəflərdən 12831 manat nəğd pulu oğurlayıb.
O, üzü tanınmasın deyə özünə bir ədəd kepka, bir ədəd yay köynəyi və bir ədəd idman sumkası aldıqdan sonra tanımadığı bir taksi ilə Daşkəsən rayonundakı otelə gedib. Sözügedən oteldə bir gün qaldıqdan sonra Bakıya gəlib. İslam Bakıda da otelərin birində bir neçə gün gecələyərək, oğurladığı pulları qızlara və telefonda oynadığı kazino oyunlarına yatırıb.
İslam elə Bakıda gecələdiyi oteldə saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı təqsirləndirilən şəxs 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər