Xəbər lenti

"Bakıya bir gecədə rekord həddə yağış düşüb" - Ekologiya Nazirliyi
Ölkə06:13 24.09.2013

"Bakıya bir gecədə rekord həddə yağış düşüb" - Ekologiya Nazirliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur.

Qaynar.info xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, bu, sentyabr ayı üçün rekord göstəricidir.

O bildirib ki, ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

Qaynar.info