"Səs yazısı restoran tərəfindən xüsusi təşkil olunub"
"Ceyhun Osmanlı içəri girdikdə artıq biz hesabı müzakirə edirdik. Onunla bizim masamız arasında kifayət qədər məsafə vardı. Yəni onun səs yazması üçün münasib imkanı yox idi. Yəqin, səs yazısı restoran tərəfindən xüsusi olaraq təşkil olunub. Məndə olan məlumata görə, restoran sahibinin hakimiyyətə yaxınlığı var. Amma məni istənilən halda heç nə narahat etmir. Açıq deyə bilməyəcəyim bir şeyi gizlində də demirəm".
Bunu
Qaynar.info-ya açıqlamasında araşdırmaçı jurnalist Xədicə İsmayıl deputat Ceyhun Osmanlınının onun səs yazısını Baş Prokurorluğa təqdim etməsinə münasibət bildirərkən deyib.
X. İsmayıl bildirib ki, C. Osmanlının parlamentdə oturması onu təəssüfləndirir: "Görünür, Ceyhun Osmanlı vəzifəsini səhv salıb. Bunların hansı işi qanunidir ki, bu da qanuni olsun. Məni heç nə təcübləndirmir ki, o nəyisə qanunusuz edir. Mənim təəssüfümə səbəb odur ki, bu tip insanlar oturublar parlamentdə. Təəssüfləndiyim bir hal da budur ki, onun qeyri-rəsmi rəhbərlik elədiyi "İrəli" təşkilatında çoxlu aldanmış gənclər var".
Araşdırmaçı jurnalist həmçinin qeyd edib ki, bu səs yazısı təsdiq olunsa, bundan sonra hüquqi addımlar atacaq: "Ceyhun Osmanlı hələlik "facebook"da status yazıb. Mən əmin olum ki, bu, həqiqətən, belə bir iş görübsə, ondan sonra qanuni addımlar atacam. Amma hələlik bunun heç biri baş verməyib. Ceyhun Osmanlıdır da, qeyri-ciddi adamdır".
Elkin
Qaynar.info