
Ermənistanda sentyabrın 21-də keçiriləcək hərbi parada hazırlıq çərçivəsində hərbi texnika arasında müasir “İsgəndər” raketlərinin olduğu da müşahidə edilib. Mətbuatda yer alan məlumatlara görə, operativ-taktiki “İsgəndər” raketlərini Rusiya Ermənistana satıb.
Bəs bu yazılanlar nə qədər doğrudur? Ümumiyyətlə Rusiya Ermənistana belə bir silah sata bilərmi? Qaynarinfo.Az bu suallarla hərbi ekspert Üzeyr Cəfərova müraciət edib.
Üzeyir Cəfərov bildirib ki, bu silahlar Ermənistanın deyil: "Sadəcə olaraq Rusiya ilə Ermənistan arasında birgə hava hücumundan müdafiə sazişinə əsasən müvvəqəti olaraq Ermənistana verilib. Paradda iştirakdan sonra, yenidən Rusiyanın nəzarətinə qayıdacaq. Sözsüz, belə ciddi silahların ermənistana verilməsi yolverilməzdir. Ermənistan işğalçı bir dövlətdir. 20 ildən artıqdır öz havadarları vasitəsilə, bizim torpaqlarımızı işğal altında saxlayır. Buna görə də biz etirazımızı bildirməliyik. ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələri də buna biganə qalmamalıdırlar".
Ekspertin fikrincə narahatçılığa o qədər də əsas yoxdur: "Bu silahlar bundan öncəki paradlarda da Ermənistana verilmişdi. Aprel uğursuzluqlarından sonra həm Ermənistanda, həm də Rusiyada çox böyük narahtçılıqlar var. Bu silahlar müvəqqəti olaraq Ermənistanın istifadəsindədir. Amma biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq ki, o silahlardan düşmən istifadə edə bilər. Amma bu silahlar Ermənistanın deyil".
Üzeyir Cəfərov qeyd edib ki, bu silahı Ermənistana satıbsa, Rusiya çətin vəziyyətə düşəcək: "Bu günə qədər Rusiya bu silahların satılması və ya verilməsi ilə bağlı BMT-ə heç bir rəsmi arayış təqdim etməyib. Hər bir ölkə satdığı və verdiyi silahlarla bağlı, BMT-ə hesabat verir. Rusiya mütəxəssisləri ermənipərəst mövqe tuturlar. Mən əminliklə deyə bilərəm ki, operativ-taktiki “İsgəndər” raketləri Ermənistan silahlı qüvvələrinin arsenalında yoxdur və ola da bilməz. Ermənistanın bu silahları almaq üçün maddi imkanları yoxdur. Ona görə onların hiyləgərliyinə uymamalıyıq və özümüzü çaşdırmamalıyıq. Belə dezinformasiyalara aldanmaq olmaz".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az