Foto 11:20 02.09.2022

Rafael İsgəndərovun maraqlı hobbisi (FOTO)

Əməkdar artist Rafael İsgəndərov maraqlı hobbisi ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə instaqram hesabında məlumat verib. 

Aktyor fotolar paylaşaraq kiçik ölçülü oyuncaq motosikletlər topladığını bildirib:

"Bu da mənim hobbimdir. Bu hələ kolleksiyamın yarısıdır. Hara getsəm, mütləq tapıb alıram. Dostlarım da hobbimi bilib, mənim üçün alıb gətirirlər”, - deyə Əməkdar artist qeyd edib.