Sənət 15:21 07.08.2023

Rasim Balayev Prezidentin sərəncamından danışdı

"Ölkə prezidenti 4 rayona səfər etdiyi bir ərəfədə vaxt tapıb mənə diqqət göstəribsə, bu mənim üçün böyük mükafatldır. Çox sağ olsun".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. 

Xalq artisti yubiley mərasiminin keçirilməyəcəyini vurğulayıb: "Bu əvvəl idi, indi mükafat verirlər. Yubileyi dostlarımla keçirəcəm. Kim təbrik edirsə, hamısına sağ olsun deyirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti Rasim Balayev "İstiqlal” ordeni ilə təltif edilib. Sabah aktyorun 75 yaşı tamam olur.

Bahar Rüstəmli