Xəbər lenti

Rəis müavininin növbəti məhkəməsinin vaxtı bəlli oldu
Ölkə 17:06 24.07.2023

Rəis müavininin növbəti məhkəməsinin vaxtı bəlli oldu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəsi müavini Adil Hüseynovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. 

Qaynarinfo xəbər verir ki, növbəti proses avqustun 8-nə təyin edilib. Proses Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilir. 

Adil Hüseynov bu ilin martında Korrurpsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->