Xəbər lenti

Rəqəmsal hüquqlar müdafiə ediləcək
Ölkə06:15 29.05.2013

Rəqəmsal hüquqlar müdafiə ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müəllif Hüquqları Agentliyi Azərbaycanda rəqəmsal hüquqların müdafiəsinə başlayır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. O deyib ki, bu proses “Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında” qanun çərçivəsində həyata keçiriləcək: “Hazırda Nazirlər Kabinetində qanundan irəli gələn normativ aktların hazırlanması üçün iş aparılır”.

K. İmanov  bu normativ aktda yeniliklərin olduğu haqda da məlumat verib: “Yeniliklərin tətbiqi 9 ölkə ilə tvinninq layihəsi çərçivəsində aparılacaq. Buraya rəqəmli hüquqların monitorinqi, onlayın lisenziyalaşma və bu hüquqların vahid pəncərə sistemi ilə idarəsini nəzərdə tutur. Ümumiyyətlə, proses markalanmış unikal kod - smart sistem vasitəsilə idarə olunacaq”.

Qaynar.info