Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.
Qaynarinfo BAKU.WS-ə istinadən məlumat verir ki, onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun körpələr evindən oğurluq olması iddiası ilə bağlı görüntüləri sosial şəbəkədə yaymışdı.
Səhiyyə Nazirliyi 1 saylı körpələr evinin müdiri Nəhayət Əliyevanın işdən çıxarılmasını təqdiqləyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın Lent.az-a verdiyi məlumata görə, baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir: "Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq”.
"Ola bilərmi ki, araşdırmalar zamanı baş həkimin təqsirli olduğu sübut edilməsin və o, yenidən vəzifəsinə bərpa edilsin?" sualına isə S.Əhmədova cavab verib ki, araşdırma zamanı hər şey ola bilər.