Xəbər lenti

Rəvanə Əliyeva tədbirə buraxılmayıb - Koronavirus şübhəsinə görə
Ölkə10:50 19.06.2020

Rəvanə Əliyeva tədbirə buraxılmayıb - Koronavirus şübhəsinə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva dünən keçirilən Operativ Qərargahın brifinqinə buraxılmayıb.
Qaynarinfo Musavat.com-a istinadla xəbər verir ki, tədbir işçilərinin girişdə qızdırması ölçülən zaman Rəvanə Əliyevanın temperaturu yüksək olub. 
R.Əliyeva təkrar yoxlamadan keçirilib və qızdırması yüksək olduğu üçün tədbirə buraxılmayıb.
Məlumata görə, Rəvanə Əliyevanın anası və daha bir neçə ailə üzvü koronavirusa yoluxub. Onlar karantinə alınıblar.
Rəvanə Əliyevanın özünə gəldikdə isə onun hələ koronavirusa yoluxduğu təsdiq edilməyib. Məlumatlara görə, onun koronavirusla bağlı verdiyi test neqativ çıxıb.