Siyasət 16:52 31.03.2024

Roma Papası Azərbaycanla Ermənistanı sülhə çağırdı

Roma Papası I Fransisk Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyib.

Qaynarinfo "Vatican News"a istinadən xəbər verir ki, Roma Papası bu barədə "Urbi et Orbi" (şəhərə və dünyaya) papalıq xeyir-duası zamanı danışıb.

"Azərbaycanla Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoq apara, köçkünlərə kömək edə və mümkün qədər tez bir zamanda qəti sülh sazişi əldə edə bilərlər", deyə I Fransisk bildirib.
 


Papa Fransisk Rusiya və Ukrayna arasında "hamı üçün" düsturuna əsasən hərbi əsirlərin mübadiləsinə çağırıb. O, həmçinin Qəzza zolağında humanitar yardıma çıxışın təmin edilməsinin vacibliyini bəyan edib. 

"Beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağıraraq, Rusiya və Ukrayna arasında bütün məhbusların "hamı üçün" prinsipi ilə tam mübadiləsinə ümid edirəm". deyə I Fransisk bildirib.

O, həmçinin Qəzza zolağından girovların azad edilməsinə və dərhal atəşkəsə çağırıb: "Mən bir daha Qəzza zolağında humanitar yardıma çıxış imkanını təmin etməyə çağırıram".

Aydın