İdman 17:23 13.10.2023

Ronaldonun asan qırılmayacaq rekordları

Portuqaliyalı superulduz Kriştiano Ronaldo uzun və parlaq karyerası ərzində özünü futbol tarixinin ən böyük oyunçularından biri kimi təsdiqlədi.

Qaynarinfo-nun məlumatına görə, 38 yaşlı hücumçu bunu qazandığı medallar və qırdığı rekordlarla sübut etdi. Karyerası ərzində vurduğu 850-dən çox qol və qazandığı 32 kubokla Ronaldo özünü yüksək səviyyədə saxlamağı bacardı. Çətin ki, hər hansı yeni forvard uzun müddət onun rekordlarına yaxınlaşa bilsin. Bəs o, hazırda hansı rekordların sahibidir?

Beynəlxalq (milli) səviyyədə

- 201 oyunda 123 qol vuraraq, 2021-ci ilin sentyabrında iranlı hücumçu Ali Daeni geridə qoyaraq, beynəlxalq yarışlarda ən çox qol vuran futbolçudur
- Portuqaliya millisində ən çox oyun (201) keçirən futbolçudur
- 2023-cü ilin martında küveytli Bader Al-Mutavanı geridə qoyaraq, futbol tarixində kişilər arasında ən çox oyun keçirən futbolçudur
- Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə matçdakı dublundan sonra beynəlxalq yarışlarda 100 qol vuran ilk oyunçudur
- 2004-2022-ci illər aralığında ardıcıl 11 beynəlxalq turnirdə qol vuran yeganə oyunçudur
- Beş dünya çempionatında qol vuran ilk və yeganə oyunçudur. O, həmçinin Lionel Messi, Lotar Mateus, Rafael Markez və Antonio Kabralla birlikdə beş dünya çempionatında oynamış beş futbolçudan biridir
- O, Portuqaliya millisinin dünya çempionatında qol vuran həm ən gənc (21 yaş və 132 gün), həm də ən yaşlı (37 yaş və 292 gün) oyunçusudur
- Avropa çempionatı tarixində ən çox qol (14) vuran şəxsdir
- Ronaldo 2017-ci ildə beynəlxalq yarışlarda ümumilikdə 32 qol (klub və milli komanda) vurub. Bu da onun bir təqvim ilində ən çox qol vuran futbolçu rekordunu qırmasına şərait yaradıb

Avropa (klub) səviyyəsində

- Üç fərqli klubda Çempionlar Liqasında 10 və ya daha çox qol vuran ilk oyunçudur
- 141 qolla Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçudur. O, Messidən 12 qol (129) daha çox vurub
- O, 2013-14 mövsümündə Çempionlar Liqasında 17 qolla Avropa yarışlarında ən çox fərqlənən futbolçu oldu 
- Dörd Çempionlar Liqası finalında ümumilikdə ən çox qol vurmuş oyunçu
- 2017-18 və 2021-22-ci illərdə bir mövsümdə Çempionlar Liqasının bütün altı qrup oyununda qol vuran yeganə oyunçudur
- 2020-ci ildə "Lion"la matçda fərqlənməklə, üç ayrı klubla müəyyən bir rəqibə qarşı Çempionlar Liqasında qol vuran üçüncü oyunçudur

"Mançester Yunayted" (İngiltərə)

- Bir mövsümdə (2007-2008) həm Premyer Liqada ilin oyunçusu, həm də ilin ən yaxşı gənc oyunçusu mükafatlarını qazanan ilk futbolçudur
- 31 qolla Premyer Liqada "Mançester Yunayted"in bir mövsümdə ən çox qol vuran futbolçusu rekorduna sahibdir
- 2009-cu ildə "Porto”ya vurduğu qolla Puskaş mükafatını qazanan yeganə "Mançester Yunayted” oyunçusudur
- 2008-ci ildə Avropada "Qızıl buts" (İlin ən yaxşı futbolçusu) mükafatına layiq görülən yeganə "Mançester Yunayted" oyunçusudur
- 2008-ci ildə dünyanın ən yaxşı oyunçusu mükafatına layiq görülən yeganə "Mançester Yunayted” oyunçusudur

"Real" (Madrid, İspaniya)

- 2011-2016-cı illər arasında ardıcıl altı mövsümdə 50-dən çox qol vuran futbolçudur
- 438 oyunda 451 qolla "Real" tarixində ən çox qol vuran oyunçudur. Bu da klubun əfsanəsi 741 oyunda 323 dəfə fərqlənən Raul Qonzalesdən 128 qol çoxdur
- O, 312 qolla ilə "Real"ın La Liqada ən çox fərqlənən oyunçusudur
- La Liqa tarixində son 34 ildə oyunlarda üç və ya daha çox qol vuran futbolçu ünvanına sahibdir
- 2014-15-ci illərdə 61 qolla bir mövsümdə ən çox qol vuran "Real" futbolçusudur
- La Liqada 200, 250 və 300 qolu ən qısa vaxtda vuran futbolçudur

"Yuventus" (İtaliya)

- 2019-20-ci illərdə bütün yarışlarda 37 dəfə fərqlənməklə, bir mövsümdə ən çox qol rekordunu qırdı
- "Bianconeri" üçün 61 liqa matçında 50 qol vuran Ronaldo bunu yarım əsr ərzində ən sürətli şəkildə edən futbolçu ünvanına sahibdir
- Ronaldo Premyer Liqa, La Liqa, həmçinin A Seriyasında 50 və ya daha çox qol vuran ilk oyunçudur
- O, Avropanın ən yaxşı beş liqasının üçündə bir mövsümdə 30 və ya daha çox qol vuran ilk oyunçudur
- 2020-ci ilin yanvarında "Kalyari”yə üç qol vurduqdan sonra A Seriyası tarixində het-trik edən ilk portuqaliyalı oyunçudur
- Zlatan İbrahimoviçdən sonra Premyer Liqa, La Liqa və A Seriyasında het-trik edən iki futbolçudur
- Hücumçu "Yuventus"da 101 qolla İtaliya A Seriyasında ən çox qol vuran portuqaliyalı oyunçu olub. O bu göstəricidə həmyerlisi Rui Koştanı üstələyib

Səbuhi Həsənov