Xəbər lenti

Ekonomiks 19:36 27.09.2022

Rubl xarici valyutalara qarşı niyə möhkəmlənir? - Ekspert

Son bir həftə ərzində Rusiyanı etiraz aksiyaları bürüyüb. Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsi ölkədə Ukrayna müharibədə iştirakdan imtina edənlərin küçələrə çıxmasına səbəb olub. 

Adətən, bu sayaq etiraz aksiyaları bir çox hallarda pul vahidləri arasında məzənnə qiymətlərinə də bu və ya digər şəkildə öz təsirini göstərir. Son məlumatlara görə indi bir dollar 58,8 rubl, 1 avro isə 57,69 rubldur. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, Rusiyada baş qaldıran etiraz aksiyalarının rublun kursuna heç bir təsiri yoxdur:



"Rusiyada rubl möhkəmlənməkdə davam edir. Bunu da iki səbəbi var. Birinci səbəb odur ki, yaranmış böhran fonunda dünyada neft və qazın qiyməti qalxıb. Nəticədə Rusiya böyük məbləğdə gəlir əldə edir. Ona görə də valyuta ehtiyatları artıb. 

Digər tərəfdən, Rusiyada artıq müharibədən əvvəl olduğu kimi, üzən məzənnə sistemi yoxdur. Məzənnəni Mərkəzi Bank müəyyən edir. Buna getmək hazırda Rusiya üçün daha asandır. Çünki dünya ticartində mühüm rol oynayan ölkələrlə böyük və intensiv alış-verişi yoxdur. Buna görə də mövcud vəziyyətdə hökumət istədiyi məzənnəni müəyyən edə bilir. Bu mənada Rusiyada baş qaldıran etirazların yaxın perspektivdə rublun kursuna ciddi təsiri olmayacaq”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->