Rusiya ordusunun komandanlığı Rusiya Federasiyasının generallarına şəxsən əmrlər verən Vladimir Putinin taktikasından narazıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalı Qərb kəşfiyyatının məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat
yayır.
İki həmsöhbətin sözlərinə görə, döyüş meydanında olan generallara göstərişləri Putin özü verir.
"Bu, müasir orduda çox qeyri-adi idarəetmə taktikasıdır və bu mənbələr Rusiyanın müharibəsini əvvəldən əngəlləyən səmərəsiz komanda strukturuna işarə edir”, - CNN yazır.
Mənbələrdən birinin CNN-ə verdiyi məlumata əsasən, kəşfiyyatın dinləmələrinə görə, rus zabitləri öz aralarında mübahisə edir, dostlarına və qohumlarına Kremlin qərarlarından şikayət edirlər.
Həmçinin mənbələr qeyd edirlər ki, müdafiəni gücləndirmək üçün səyləri nəyə yönəltmək barədə razılığa gələ bilməyən hərbi rəhbərlər arasında ciddi fikir ayrılıqları var.
Putinin səfərbərlik əmri vacibdir, çünki analitiklərin fikrincə, bu, Moskvanın "xüsusi hərbi əməliyyatı”nın nəticə vermədiyinin və korrektə ehtiyacının birbaşa etirafıdır.
Nizami Bağırov
Şərhlər